RU

Tramp bu dəfə yadplanetli ilə şəklini dərc etdi


ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində yadplanetlilərə və kosmik müharibələrə həsr olunmuş bir sıra şəkillər dərc edib.
Yeniavaz.com
xəbər verir ki, süni intellekt tərəfindən yaradılan şəkillərdən birində ABŞ liderinin ehtimal ki, kəşfiyyat orqanlarının müşayiəti ilə yadplanetliyə bənzəyən boz humanoidlə gəzdiyi göstərilir.
“Kosmik Qüvvələr” başlığı altında verilən digər şəkillərdə isə Tramp aşağı Yer orbitində hərbi əməliyyatları idarə edir.
Tramp şəkillərlə bağlı heç bir şərh verməyib.
Qeyd edək ki, fevral ayında o, ABŞ hökumətinin yerdən kənar canlılar haqqında sənədləri yayımlamağa başlayacağına söz verib. Mayın 8-də Pentaqon uçan naməlum obyektlər haqqında (UNO) ABŞ-nin ilk arxiv məlumatlarını yayımlayıb.

Избранный
25
1
yeniavaz.com

2Источники