Ajans.azxəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib. Tədbirdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış və WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin mədəni proqram təqdim olunub. Açılış mərasimində Prezident İlham Əliyev çıxış edib. Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub. Həmçinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənilib.