RU

Bakı-Qəbələ-Bakı qatarı ikitərəfli qaydada təşkil olunacaq

Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər iyunun 6-dan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Məlumata görə, həftəsonları qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

"Cebheinfo.az"

Избранный
124
11
cebheinfo.az

10Источники