ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Simeone: "Atletiko"da işləməyə davam edəcəyəm"
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone gələcəyi haqda danışıb.
QOL.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Mütəxəssis növbəti mövsümdə də Madrid təmsilçisində işləməyə davam edəcəyini təsdiqləyib:
"Gələn mövsüm haqqında fikiləşirəm. Özüm haqqında düşünürəm. İşimə davam edəcəyəm. Yeni mövsümə necə başlayacağımızı düşünəcəyəm".
56 yaşlı argentinalı mütəxəssis 2011-ci ildən bəri fasiləsiz olaraq "Atletiko"ya rəhbərlik edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.