ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Dünyada milyardlarla insanın normal yaşayış şəraitindən məhrumdur və mənzil problemi qlobal çağırışa çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Keniya Prezidenti Uillyam Samoei Ruto WUF13 forumunda çıxışı zamanı səsləndirib.
Prezident əvvəlcə forumun təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib:
“Bizi burada səmimi qarşıladığı və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Ruto qeyd edib ki, mənzil problemi dünyanın demək olar bütün ölkələrində ciddi məsələyə çevrilib:
“Statistikaya görə, 3 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır, 1 milyard insan gecəqondularda məskunlaşıb, 300 milyon insan isə ümumiyyətlə evsizdir. Bunlar sadəcə rəqəmlər deyil. Bunlar insanlardır, ailələrdir, uşaqlardır”.
Prezident vurğulayıb ki, mənzil hüququ BMT-nin İnsan Hüquqları Bəyannaməsində təsbit olunub:
“İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 25-ci maddəsində mənzil hüququ əsas hüquq kimi göstərilir. Lakin bu gün dünyada həmin hüquq ciddi şəkildə pozulur”.
Çıxış zamanı Keniyanın mənzil problemlərinin həlli istiqamətində gördüyü işlərdən də bəhs olunub.
Ruto bildirib ki, ölkədə 1100 qeyri-rəsmi yaşayış məntəqəsi mövcuddur və 7 milyon insan həmin ərazilərdə yaşayır:
“Biz başa düşdük ki, bu vəziyyətlə davam etmək mümkün deyil və mənzil proqramını inkişaf strategiyamızın əsas istiqamətinə çevirdik”.
Prezident mənzil probleminin həlli üçün üç əsas addım atıldıqlarını açıqlayıb:
“Birinci problem torpaq məsələsi idi. Dövlət torpaqlarının yaşayış layihələri üçün ödənişsiz ayrılması qərara alındı və bu, mənzil xərclərini 30 faiz azaltdı”.
Onun sözlərinə görə, tikinti xərclərinin azaldılması üçün memarlar, mühəndislər və digər peşə sahibləri ilə razılaşmalar əldə olunub:
“Əvvəllər ildə 10-20 ev tikən şirkətlərə minlərlə mənzil layihələri təklif etdik və nəticədə onların xidmət xərcləri 10 faizdən 2,5 faizə düşdü”.
Ruto əlavə edib ki, tikinti materialları və ölçülərin standartlaşdırılması da xərclərin azalmasına imkan verib:
“Qapılar, pəncərələr və digər materiallar standartlaşdırıldı. Bu isə onların kütləvi istehsalını mümkün etdi”.
Prezident qeyd edib ki, mənzil maliyyələşməsi üçün ayrıca fond yaradılıb:
“Xüsusi qanun qəbul etdik, mənzil fondu yaratdıq və xüsusi ödəniş mexanizmi tətbiq etdik. Hazırda mənzil layihələri daxili resurslar hesabına maliyyələşdirilir”.
Zeynəb Rzayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.