RU

ABŞ seçicisi Tramp barədə nə düşünür?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“CBS News” telekanalı “YouGov” Beynəlxalq Bazar Araşdırması və Məlumat ların Təhlili şirkəti ilə birlikdə ABŞ-də sorğu keçirib. 

“Cebheinfo.az” xəbər verir ki, sorğunun nəticələri amerikalıların böyük əksəriyyətinin ölkə iqtisadiyyatının çətinlik çəkdiyinə inandığını bildirib. Belə düşünən respondentlər Prezident Donald Trampın bu məsələdəki davranışından məyus və narazı olduqlarını deyiblər. 

Ən çox narazılıq isə İranda baş verən müharibə fonunda ABŞ-də benzinin bahalaşması və gəlirlərin azalması ilə bağlıdır. Respondentlərin yalnız 27 faizi Trampın inflyasiya ilə mübarizəsini bəyənir ki, bu da onun ikinci dəfə vəzifəyə başlamasından bəri ən aşağı göstəricidir. Aprel ayında bu rəqəm 31 faiz olub.  Respublikaçılar arasında mart ayında bu göstərici 74 faiz təşkil etdiyi halda, hazırda 63 faizə düşüb. 

Aprel ayında inflyasiya 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatmışdı. Bunun əsas səbəbi mart ayında 21,2 faizlik artımdan sonra benzin qiymətlərinin kəskin şəkildə, yəni 5,4 faiz bahalaşması ilə bağlıdır. Benzinin qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,4 faiz artıb və 1 qallonu 4 dollara yaxınlaşır. Respondentlərin 59 faizi benzinin qiymətlərinin maliyyə çətinlikləri yaratdığını deyib. Rəyi soruşulanların 26 faizi isə benzinin bahalaşmasını narahatlıq mənbəyi adlandırıb.

Respondentlərin 65 faizi Trampın siyasətinin qısa müddətdə, 50 faizi isə uzun müddətdə iqtisadi vəziyyəti daha da pisləşdirdiyinə inanır. Tramp administrasiyasının iqtisadi siyasəti ilə bağlı suala respondentlərin 38 faizi məyus, 32 faizi isə qəzəbli yanaşdıqlarını bildiriblər. 

Respondentlərin təxminən 70 faizi Hörmüz boğazındakı vəziyyəti dəqiq başa düşmədiklərini deyib. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
cebheinfo.az

2Источники