RU

Həm arıqladan, həm gəncləşdirən möcüzə: Qatığı belə yeyin!

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sağlam qidalanma və bədən quruluşuna diqqət yetirən şəxslər üçün qatıq əvəzolunmaz məhsuldur. Zəngin probiotik və protein mənbəyi olan bu qida maddələr mübadiləsini sürətləndirir və həzm sistemini tənzimləyir. Lakin mütəxəssislər qatığın faydasını ikiqat artırmağın və onu dadlı bir təbii təama çevirməyin yollarını açıqlayıblar.Demokrat.az-ın xarici tibb mediasına istinadən verdiyi məlumata görə, pəhriz saxlayanlar və enerjili qalmaq istəyənlər üçün qatıqla hazırlanan ən faydalı və ləzzətli kombinasiyalar məlum olub:Qatığın faydasını artıran möcüzəvi qarışıqlar:Göyərti və tərəvəz miksi: Qatığın içərisinə təzə xiyar, şüyüd, nanə və bir az zeytun yağı əlavə etmək həm bədəndəki şişkinliyi (ödəmi) götürür, həm də dərini təravətləndirir.Giləmeyvəli enerji bombası: Səhər və ya günorta saatlarında qatığa çiyələk, moruq və ya qarağat əlavə etmək antioksidant deposudur. Bu qarışıq immuniteti gücləndirir və şirniyyat istəyinin qarşısını alır.Çərəz və bal qarışığı: Az miqdarda qoz, badam və təbii bal əlavə edilmiş qatıq beyin fəaliyyətini yaxşılaşdırır və insanı uzun müddət tox saxlayır.Dondurulmuş qatıq barları: Yay aylarında qatığı meyvələrlə qarışdırıb soyuducunun dondurucu kamerasında saxlamaqla zərərli dondurmalara qarşı mükəmməl və aşağı kalorili alternativ əldə edə bilərsiniz.Mütəxəssislər nə tövsiyə edir?Həkim-diyetoloqlar bildirirlər ki, mağazalarda satılan rəngli və hazır meyvəli qatıqlardan uzaq durmaq lazımdır. Çünki onların tərkibində yüksək miqdarda şəkər və kimyəvi qatqılar olur. Ən doğrusu, ev şəraitində mayalanan təbii qatıqdan (və ya süzmədən) istifadə etmək və ona təzə meyvə, tərəvəz yaxud çərəzlər əlavə etməkdir.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
demokrat.az

1Источники