RU

"WUF13 yüksək səviyyədə təşkil edilib, burada olmaqdan çox məmnunuq" - Türkiyəli nazirlik rəsmisi

"WUF 13-ün Azərbaycanda keçirilməsindən çox məmnunuq. Bizi böyük qonaqpərvərliklə qarşılayan Azərbaycan xalqına da çox təşəkkür edirik".

Bunu Ölkə.Az-a açıqlamasında WUF13-də Türkiyə COP 31 pavilyonunu təmsil edən Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin şəhər planlaşdırma üzrə mütəxəssisi Zeynep Onqankul deyib.

 "Təşkilatçılıq çox yüksək səviyyədədir. Burada olmaqdan və ətrafımızdakı insanlarla təcrübələrimizi bölüşməkdən çox məmnunuq", zo deyib. 
Z.Onqankul COP və WUF-un ortaq cəhətlərindən və bu cür beynəlxalq tədbirlərin şəhərsalma baxımından əhəmiyyətindən söz açıb:

"COP və WUF hər ikisi ilk növbədə beynəlxalq təcrübəni bölüşmək və fərqli zamanlarda eyni və ya oxşar problemləri yaşayan ölkələrin bir-birinə kömək etməsi baxımından çox vacibdir. Çünki iqlim dəyişikliyi və şəhərləşmə ilə birlikdə əsıində müasir dövrdə yaşadığımız problemlər üzə çıxa bilər və ölkələrin bir qismi oxşar problemlər yaşayır. Fərqli yanaşmalarla həll yolu tapa bilərlər. Buna görə də fərqli yanaşmaları görmək, öz ölkəmizə uyğunlaşdırmaq ya da öz həllimizin başqa bir ölkəyə kömək edə bilməsi baxımından beynəlxalq forumlar olduqca mühüm əhəmiyyət kəsb edir".

Billurə Yunus

Избранный
32
3
olke.az

4Источники