RU

Politico Rusiya ilə danışıqlarda Aİ-ni təmsil edə biləcək siyasətçilərin adlarını açıqlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropanın "Politico" nəşrinin yaydığı məlumata görə, Rusiya ilə gələcək mümkün danışıqlarda Avropa İttifaqını təmsil edə biləcək potensial vasitəçilərin adları müəyyənləşib. Bu siyahıda Almaniyanın sabiq kantsleri Angela Merkel, Finlandiya Prezidenti Aleksander Stubb və Avropa Mərkəzi Bankının keçmiş rəhbəri, İtaliyanın eks-baş naziri Mario Draqinin adları çəkilir. Nəşrin digər mənbələri isə Norveçin xarici işlər naziri Espen Bart Eide və ya Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın da vasitəçi rolunda çıxış edə biləcəyini iddia edirlər. 

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin mümkün danışıqlar üçün Almaniyanın digər sabiq kantsleri Gerhard Şröderin namizədliyinə üstünlük verdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники