RU

Əli avtomatlı maskalılar Paşinyanı ölümlə hədələdi

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı video ilə bağlı cinayət işi başlanıb.

“Armenpress”in xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.

Məlumata görə, bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter təxribatı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb.

Bildirilib ki, onların şəxsiyyətinin müəyyən edilməsi üçün ilkin istintaq aparılır.

Qeyd edək ki, mayın 18-də sosial şəbəkələrdə yayılan videoda əli avtomatlı silahlı şəxslər Ermənistan və qondarma “Artsax”ın bayraqları fonunda Baş nazir Nikol Paşinyana qarşı təhdid səsləndirərək, onu ölümlə hədələyiblər.

Избранный
27
2
aznews.az

10Источники