RU

Kreml Zelenskinin Rusiyanın Belarus ərazisindən NATO ölkəsinə hücum planları ilə bağlı açıqlamasına münasibət bildirib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın Belarus ərazisindən NATO ölkəsinə hücum planları ilə bağlı açıqlamasına münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə belə bir açıqlamanın heç bir şərhə layiq olmadığını düşündüklərini söyləyib.

"Bəli, Belarus bizim müttəfiqimizdir. Bizim Belarusla ittifaq dövlətimiz var. Amma o, suveren dövlətdir. Buna görə də belə bir açıqlama müharibəni daha da qızışdırmaq və gərginliyi artırmaq cəhdindən başqa bir şey deyil", - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
4
apa.az

5Источники