RU

Joze Mourinyo: Real la danışıqlar gedir

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Benfika"nın baş məşqçisi Joze Mourinyo gələcək karyerası ilə bağlı diqqətçəkən açıqlama verib. Sport24.az "A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis meneceri Xorxe Mendes ilə "Real" arasında danışıqların getdiyini gizlətməyib.

Təcrübəli çalışdırıcı "kral klubu"na keçidinin maliyyə şərtlərindən deyil, qarşı tərəfin layihəsindən asılı olduğunu bildirib:

"Hər şey gələn təklifdən və məndən nə gözlədiklərindən asılıdır. Söhbət daha çox və ya daha az pul qazanmaqdan getmir. Əsas məsələ odur ki, mən onların tələblərini və hədəflərini qarşılayıb-qarşılamayacağam".

Gələcək planlarından danışan portuqaliyalı mütəxəssis hazırkı klubu ilə bağlı önəmli bir detalı da bölüşüb. Mourinyo "Benfika" ilə daha bir illik müqaviləsinin olduğunu, lakin rəsmi anlaşmada onun üçün xüsusi bir bəndin yer aldığını vurğulayıb. Belə ki, həmin maddə təcrübəli mütəxəssisə istədiyi an Portuqaliya təmsilçisindən ayrılmaq icazəsi verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
sport24.az

1Источники