RU

60 ölkə gəzdi, dünyanın ən ucuz ölkəsini açıqladı

Dünyanın müxtəlif bölgələrini gəzən məşhur səyyah və bloger 60 ölkəni ziyarət etdikdən sonra yaşamaq və səyahət etmək üçün ən ucuz ölkənin hansısı olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, siyahının zirvəsində Cənub-Şərqi Asiyada yerləşən Vyetnam qərarlaşıb.

Səyyah bildirib ki, Vyetnamda gündəlik xərclər bir çox Avropa ölkələri ilə müqayisədə dəfələrlə aşağıdır. Burada həm qida, həm nəqliyyat, həm də yaşayış xərclərinin olduqca münasib olduğu vurğulanıb.

Onun sözlərinə görə, küçə yeməkləri cəmi bir neçə dollara başa gəlir, rahat hotellərdə qalmaq isə çox ucuzdur. Eyni zamanda ölkənin təbiəti, çimərlikləri və mədəni müxtəlifliyi turistlər üçün böyük üstünlük hesab olunur.

Bloqer xüsusilə paytaxt Hanoy və Ho Şi Min şəhərində münasib qiymətə yüksək həyat keyfiyyəti əldə etməyin mümkün olduğunu bildirib. O qeyd edib ki, uzunmüddətli səyahət edənlər və rəqəmsal köçərilər üçün Vyetnam ən ideal seçimlərdən biridir.

Ekspertlər də son illərdə Vyetnamın münasib qiymətlər, inkişaf edən turizm infrastrukturu və təhlükəsiz mühiti sayəsində turistlər arasında populyarlığının sürətlə artdığını bildirirlər.

Musavat.com

Избранный
52
musavat.com

1Источники