RU

Hindistan məhkəməsi antiinhisar işi üzrə Apple-a “əməkdaşlıq etməyi” tapşırdı

Hindistan məhkəməsi Apple şirkətinə iPhone tətbiqləri bazarı ilə bağlı antiinhisar istintaqında müstəntiqlərlə “tam əməkdaşlıq etməyi” tapşırıb. Məhkəmə şirkətin antiinhisar cərimələri ilə bağlı qanuna etiraz etdiyi müddətdə işin dayandırılması tələbini qəbul etməyib.

 

Dehli Ali Məhkəməsi şənbə günü saytında yayımladığı qərarda bildirib ki, Apple “tam əməkdaşlıq etməlidir”. Bununla yanaşı, məhkəmə Hindistanın Rəqabət Komissiyasından (CCI) ən azı 15 iyula qədər iş üzrə yekun qərar verməməyi istəyib.

 

QHT.az xarici mediaya istinadən bildirir ki, Apple işin dayandırılmasını tələb etmiş və CCI-ni səlahiyyətlərini aşmaqda ittiham etmişdi. Şirkət bildirib ki, CCI Apple-dan maliyyə məlumatlarını təqdim etməsini istəyir, halbuki Apple antiinhisar cərimələrinin hesablanması ilə bağlı qanuna qarşı ayrıca məhkəmə iddiası qaldırıb.

 

CCI 2024-cü ildə aparılan araşdırmada Apple-ın bazardakı dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etdikdən sonra şirkətin maliyyə məlumatlarını tələb etməyə başlayıb.

 

Apple ittihamları rədd edib və CCI-nin tələblərinə qarşı çıxaraq bildirib ki, şirkət Hindistanın antiinhisar cərimələrinin hesablanması qanununa etiraz etdiyinə görə nəzarət qurumu gözləməlidir.

 

Hindistandakı bu iş Apple-ın dünya üzrə üzləşdiyi bir çox antiinhisar araşdırmalarından biridir. Hindistan Apple üçün vacib bazarlardan sayılır. Counterpoint Research-in məlumatına görə, şirkətin iPhone modellərinin bazar payı iki il əvvəlki 4%-dən hazırda 9%-ə yüksəlib.

 

Apple məsələ ilə bağlı şərh sorğusuna cavab verməyib.

Избранный
23
qht.az

1Источники