RU

Bəqayidən region ölkələrinə MESAJ

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki aktual məsələlərlə bağlı açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, Bəqayi bildirib ki, Pakistanın vasitəçiliyi ilə görüşlər davam edir:

“Regiondakı heç bir ölkə ilə düşmənçiliyimiz yoxdur, lakin başda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla, region ölkələri son baş verən hadisələrdən dərs çıxarmalıdırlar", - deyə bildirib.

ABŞ və İsrailin regiondakı varlığının təhlükəsizliyi təmin etmədiyini vurğulayan Bəqayi, İsrail rəsmilərinin BƏƏ-yə səfərlərinin onlar üçün gizli olmadığını və bu barədə məlumata sahib olduqlarını ifadə edib. Bəqayi Hörmüz boğazından keçid rüsumunun alınması ilə bağlı isə bunları qeyd edib:

Hörmüz boğazı məsələsini sadəcə iqtisadi müstəviyə gətirmək məsələni bəsitləşdirmək və əsas diqqət mərkəzindən yayındırmaqdır".

Ölkəsinin uran zənginləşdirmə hüququnun Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) ilə tanındığını bildirən Bəqayi, bu hüququn hələ də qüvvədə olduğunu qeyd edib.

Bəqayi dənizlərdəki qeyri-sabitliyin ABŞ siyasətindən qaynaqlandığına diqqət çəkərək deyib:

"Rusiya və Çin dənizlərdəki təhlükəsizlik probleminin və dəniz ticarətinə yönəlmiş təhdidlərin ABŞ mənbəli olduğunu bilir. Dəniz ticarətinin azadlığı məsələsində Çin ilə eyni fikirdəyik. Piratlıq edərək dəniz ticarətində problem yaradan məhz ABŞ-dir".

Bəqayi ölkəsinin iqtisadi təzyiq və təhdidlərlə öz maraqlarından imtina etməyəcəyini, ABŞ-nin də bunu anladığını və mümkün bir hücuma necə cavab verəcəklərini çox yaxşı bildiklərini vurğulayıb.

Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən gəminin hədəf alınmasına gəlincə, Bəqayi məsələ ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Избранный
6
1
cebheinfo.az

2Источники