RU

Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? EKSPERT AÇIQLADI VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxt yollarında avtobus zolaqları ilə bağlı qayda pozuntuları sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdən biridir. Bir çox sürücü bu zolaqlara daxil olmağın tamamilə qadağan edildiyini düşünsə də, qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulub.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

Ekspert bildirib ki, avtobus zolağı ilə hərəkət etmək və həmin zolaqda dayanmaq inzibati məsuliyyət yaradır və sürücülər cərimə oluna bilər. Lakin “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsinə əsasən bəzi hallarda sürücülərə avtobus zolağına daxil olmağa icazə verilir.

Sürücü kəsik nişanlanma xətti – 1.11 nişanlanma xətti vasitəsilə avtobus zolağına daxil olaraq yolun sağ hissəsində sərnişini mindirə və ya endirə bilər. Bundan sonra isə eyni qaydada həmin zolağı tərk etməlidir.

Bu zaman sürücülər avtobusların hərəkətinə mane olmamalı, manevri qısa müddətdə və təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirməlidirlər. Ekspert qeyd edib ki, sürücülərin əksəriyyəti bu istisna qaydadan xəbərsiz olduğu üçün bəzən yanlış anlaşılmazlıqlar yaranır.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
avtosfer.az

1Источники