RU

ABŞ-də keçirilən avia şousunda iki hərbi təyyarə toqquşub   

Təyyarələrdə olan ekipaj üzvləri katapultdan istifadə ediblər

ABŞ-nin Aydaho ştatında nümayiş uçuşu zamanı iki hərbi təyyarə havada toqquşaraq qəzaya uğrayıb. Səlahiyyətlilər hadisənin “Mountain Home” Hərbi Hava Qüvvələri Bazası üzərində səmada keçirilən hava şousu zamanı baş verdiyini bildiriblər.

Təfsilatları açıqlanmayan hadisə səbəbindən baza müvəqqəti olaraq bağlanıb və araşdırma başlayıb. Təyyarələrdə olan dörd ekipaj üzvünün hamısının xilasetmə oturacaqlarından – katapultlardan istifadə edərək təhlükəsiz şəkildə yerə endiyi bildirilir. Sosial mediada sızan videoçəkilişlərdə təyyarələrdən birinin havada digərinə çırpıldığı, toqquşmadan sonra dörd paraşütün açıldığı və təyyarələrin yerə düşdüyü görünür.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
27
azerbaijan-news.az

1Источники