RU

MDB ölkələrinə ŞOK hədə – Putinin verdiyi o fərman...

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Moldovanın Dnestryanı əhalisinin bütün kateqoriyalarına Rusiya vətəndaşlığının verilməsi üçün xüsusi prosedur müəyyən edən fərman imzalayıb. Qərar “uzun müddət qeyri-müəyyən hüquqi statusda olan həmvətənlərin hüquq və azadlıqlarının qorunması zərurəti” səbəbindən imzalanıb. Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın qərarından son dərəcə narahat olduğunu bildirib və bu “humanitar jesti” gizli səfərbərlik və ərazi iddiaları kimi qəbul edib. Kiyev lideri öz departamentlərinə Moldova tərəfi ilə birlikdə cavab planı hazırlamağı tapşırıb. "Bu addım spesifikdir və təkcə Rusiyanın yeni əsgərlər axtardığını deyil, çünki vətəndaşlıq hərbi öhdəlik tələb edir. Bu, həm də Rusiyanın Dnestryanını öz ərazisi kimi iddia etməsini göstərir", - deyə Vladimir Zelenski özünün Telegram kanalında yazıb. Onun sözlərinə görə, Moskvanın hərəkətləri mövcud münaqişədən daha da kənara çıxan planları göstərir.

Putin

Kreml Moldovaya qarşı “Ukrayna ssenarisi”ni təkrarlamaqmı istəyir? Niyə indi? Bu fərman, digər MDB ölkələrinə də siqnal deyilmi? Məsələn, şimalında xeyli rusun yaşadığı Qazaxıstana...

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Moldovanın Dnestryanı bölgəsində 460-470 min əhali yaşayır: “Onun yalnız üçdə biri ruslardır. Orada təqribən 140-150 min rus, təxminən o qədər də moldovan və ukraynalı var. İndi Rusiya prezidenti Dnestryanı bölgədə yaşayan millətindən asılı olmayaraq insanlara asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb. Məqsəd Ukrayna ssenarisini Moldovada da tətbiq eləməkdir. Moldova rəhbərliyinə daxil olan rəsmi şəxslər son zamanlar tez-tez Rumıniya ilə birləşmək haqqında bəyanat verir. Bu səbəbdən görünür, Rusiya Ukrayna ssenarisini Moldovada da tətbiq etmək istəyir. Çünki indi ən əlverişli məqamdır. Trampın hakimiyyətdə olduğu müddət Rusiya üçün ən əlverişli müddətdir. Bu təbiidir ki, digər MDB ölkələri üçün də həyəcan siqnalı olmalıdır”.

İki

Ekspertin sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Dövlət Duması mayın 13-də qəbul etdiyi yeni qanuna əsasən, xaricdə yaşayan Rusiya vətəndaşlarına qarşı qanunsuz hüquqi təqib olarsa, hərbi qüvvədən istifadə edilə bilər: “Rusiyanın hərbi bazasının yerləşdiyi ölkələrdə vəziyyət daha təhlükəlidir. Kreml hesab etsə ki, onun vətəndaşlarına qarşı ədalətsizliyə yol verilib, bu bəhanə ilə hərbi güc tətbiq etməsi mümkündür. Ona görə də Dumanın qəbul etdiyi qanun və Putinin Dnestryanı ilə bağlı fərmanı Rusiyanın planlarını ortaya qoyur”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
80
musavat.com

1Источники