RU

"Bakı qonaqpərvər təsir bağışlayır" -

“Bakıda insanlar çox mehribandırlar. Ölkələrimiz arasında uzun tarixə malik güclü dostluq münasibətləri var. Çin və Azərbaycan xalqları həm hökumətlər səviyyəsində, həm də sadə insanlar arasında çox yaxın dostdurlar".Bu fikirləri Metbuat.az-ın müxbirinə “Urban Expo” da pavilyonları ilə təmsil olunan Şanxay Universitetin professoru ,“Shanghai Institute of Urban Regeneration and Sustainability” institutunun direktor müavini Fengqing Li deyib: “Bu, mənim ilk səfərim olsa da, şəhər çox qonaqpərvər təsir bağışlayır. Bakı təmiz, səliqəli və təhlükəsiz şəhərdir. Bu baxımdan Çinin bir çox şəhərinə bənzəyir. Bu isə həqiqətən çox təsiredicidir”. Universitetin interaktiv şəhər yenilənməsi təcrübələrini bölüşən professor qeyd edib ki, gələcəkdə süni intelekt alqoritmləri vasitəsilə fərqli baxışlar təqdim ediləcək:“Bunun üçün hazırlanmış ən yaxşı modellərdən biri “Spatial Intelligence Sandbox Model”idir. Bu model üçsəviyyəli interaktiv sistemdən ibarətdir. Birinci mərhələdə istifadəçilər şəhərsalma ssenarilərini dəyişə və binaları yenidən dizayn edə bilirlər. İkinci mərhələdə ziyarətçilər QR kodları skan edərək müxtəlif şəhər məkanlarının funksiyalarını dəyişə bilirlər. Üçüncü mərhələdə isə süni intellekt alqoritmləri vasitəsilə yaşlı insanlar, uşaqlı ailələr və gənclər kimi müxtəlif istifadəçi qrupları şəhər yenilənməsi planları barədə fərqli baxış və rəylər təqdim edə bilirlər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
21
metbuat.az

1Источники