İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın mediada yer alan xəbərlərdə və ordu rəsmisi İbrahim Zülfiqarinin açıqlamasında bildirilir ki, İran Google, Microsoft, Meta və Amazon kimi texnologiya nəhənglərindən bu kabellərdən istifadəyə görə ödəniş tələb etmək niyyətindədir. Ekspertlər xəbərdarlıq edirlər ki, regionda hər hansı kabel kəsintisi qitələrarası rəqəmsal ticarəti yavaşlada və qlobal "rəqəmsal fəlakətə" yol aça bilər.
Eyni zamanda, ABŞ-nin sanksiyaları səbəbindən İrana ödəniş etməsi qadağan olunan Amerika şirkətlərinin bu tələbə necə tabe etdiriləcəyi qeyri-müəyyən olaraq qalır. Bu rəqəmsal gərginlik fonunda regionda hərbi qarşıdurma riski də pik həddə çatıb; "Axios"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Tehrana qarşı hərbi variantları müzakirə etməyə hazırlaşır və İrana "vaxtın daraldığı" barədə xəbərdarlıq edərək daha sərt zərbələrlə hədələyib.