RU

Qlobal Cənub QHT Platformasının ilk tədbiri: Fəlakət riski və davamlı şəhər inkişafı barədə müzakirələr aparılır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 18 may, AZƏRTAC

Qlobal Cənub QHT Platformasının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) ilk tədbiri keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir inklüzivliyin artırılması, davamlı şəhər inkişafı, fəlakət riskinin azaldılması və tullantıların dayanıqlı idarə olunması mövzusuna həsr olunub.

Tədbirdə Pakistan, Nigeriya və Oman da daxil olmaqla bir sıra ölkələrdən panelistlər çıxış edirlər.

Çıxışlarda gələcəyin şəhərlərində su ehtiyatlarının dayanıqlı şəkildə idarə olunmasının vacibliyi, su resurslarının düzgün idarə edilməməsinin qadınlara və gənclərə təsiri, eləcə də gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğu diqqətə çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
3
azertag.az

4Источники