RU

Cənubi Koreyada it əti sənayesinə SON: Fermalar BAĞLANIR

Cənubi Koreyada it əti dövrü sona çatır, fermaların 82 faizi artıq bağlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Cənubi Koreyada it əti istehlakına qarşı aparılan mübarizə yekun mərhələyə çatıb.

Nazirliyin məlumatına görə, ölkədəki it fermalarının 82 faizi, yəni 1537 nöqtədən 1265-i artıq fəaliyyətini dayandırıb.

Qalan digər fermaların da 2026-cı ilin sonunadək bağlanması nəzərdə tutulur.

2027-ci ilin fevral ayından etibarən isə itlərin yetişdirilməsi, kəsimi və ətinin satışı tamamilə qadağan ediləcək.

Qeyd edək ki, bu sənaye ölkədə kifayət qədər böyük olub. Belə ki, ilin əvvəlinə olan məlumata görə, bu sektorda bir milyona yaxın fermer çalışıb və 10 milyondan çox koreyalı mütəmadi olaraq it ətindən istifadə edib.

Qadağanın qüvvəyə minməsi ilə bağlı fermerlərə kompensasiya və digər sahələrə keçid üçün dəstək proqramlarının tətbiqi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
29
interpress.az

1Источники