Ajans.az xəbər verir ki, sosial mediada yayılan videoda 56 yaşlı aktrisa və müğənninin otelin foyesində dayanaraq paparassilərə çəkiliş üçün şərait yaradılmasını gözlədiyi görünür. Kadrlarda onun digər qonaqlara, o cümlədən uşaqlı bir qadına yol verdiyi, daha sonra isə kameralar qarşısına keçdiyi əks olunub. Daha sonra Lopez gülümsəyərək fotoqraflar üçün poza verib, əl yelləyib və avtomobilinə tərəf gedib. Onun geyimi – açıq qəhvəyi xəz gödəkçə, midi ətək, qızıl aksesuarlar və günəş eynəyi – da diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri hadisəni tənqid edərək onun davranışını “teatral” və “təkəbbürlü” adlandırıblar. Bəzi şərhlərdə isə onu “Marvel filmindəki obraz”la müqayisə edən ironik reaksiyalar yer alıb. Bununla belə, bir qrup istifadəçi Cennifer Lopezi müdafiə edərək paparassilərin işi üçün bu cür səhnələrin normal olduğunu və vəziyyətin şişirdildiyini bildirib.