ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Rəqəmsal texnologiyalar urbanizasiya sahəsində ən səmərəli alətlərdən biri kimi nəzərdən keçirilir, lakin şəhər inkişafında onların potensialından hələ ki tam istifadə olunmur.
"Report" xəbər verir ki, bunu GSMA (Global System for Mobile Communications Association) şirkətinin iqlim və rəqəmsal texnologiyalar üzrə baş meneceri Leyla Quiçi WUF13 çərçivəsində keçirilən assambleyaların bağlanış sessiyasında çıxışı zamanı deyib.
"Bir neçə panel iştirakçısı rəqəmsal texnologiyaları səmərəli alət adlandırıb, lakin, ola bilsin ki, sektorda onların potensialı hələ kifayət qədər geniş başa düşülmür", - o bildirib.
L.Quiçinin sözlərinə görə, biznes-assambleya zamanı tikinti materiallarının hazırlanmasından tutmuş enerji, su təchizatı və tullantıların emalı sistemlərinə çıxışın təmin edilməsinədək mənzil tikintisinin bütün mərhələlərində rəqəmsal həllərin tətbiqi müzakirə olunub.
O qeyd edib ki, müzakirələrin əsas mövzularından biri dövlət və özəl sektorların qarşılıqlı fəaliyyəti olub.
GSMA nümayəndəsinin sözlərinə görə, panel iştirakçıları əlçatan və dayanıqlı mənzil sahəsində həllərin hazırlanmasına biznesin daha fəal şəkildə cəlb edilməsinin zəruriliyini dəfələrlə vurğulayıblar: "Bir çox zəruri həllər artıq mövcuddur, lakin dünya ictimaiyyəti mövcud alətlərdən daha səmərəli istifadə etməyi öyrənməli və mənzil sektorunun bütün iştirakçıları arasında qarşılıqlı əlaqəni gücləndirməlidir".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.