Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-nin “Kolambus Kryu” klubu baş məşqçisi Henrik Ridströmlə yollarını ayırıb.
Publikaaz xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Loran Kurtua müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.
“Kolambus Kryu” 14 oyundan sonra Şərq Konfransında 13 xalla 15 komanda arasında 13-cü pillədə qərarlaşıb.