RU

Fuad Kərimli: Su ehtiyatlarının düzgün idarə olunması əsas çağırışdır

BAKI, 18 may. TELEQRAF

Qlobal Cənub QHT Platformasının pavilyonu müxtəlif ölkələrdən və fərqli şəhərlərdən olan nümayəndələrin iştirakı ilə su qıtlığı və su ehtiyatlarının düzgün idarə edilməməsi məsələlərinə həsr olunub.

Teleqraf xəbər verir ki, bunu Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli WUF13 çərçivəsində təşkil edilən Qlobal Cənub QHT Platformasının pavilyonunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, pavilyonda Qlobal Cəmiyyət QHT Platforması çərçivəsində müxtəlif ölkələrdən panelistlər iştirak ediblər, çıxışçılar Pakistan, Livan, Nigeriya və Omanı təmsil ediblər.

"Panel müzakirələri zamanı gələcəyin dayanıqlı şəhərlərinin formalaşdırılması üçün su ehtiyatlarının necə idarə olunmalı olduğu barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda, su ehtiyatlarının düzgün idarə edilməməsinin xüsusilə qadınlara və gənclərə təsiri məsələsinə toxunuldu.

Çıxışçılar həmçinin gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu qeyd etdilər.

Onlar Ağalı kəndində “ağıllı kənd” layihəsi ilə tanış olublar və burada gələcəyin şəhərlərinin necə qurulmalı olduğu ilə bağlı müsbət fikirlər səsləndiriblər.

Çıxışçılar bu cür layihələrin həyata keçirilməsinə görə Azərbaycan Prezidentinə təşəkkürlərini ifadə ediblər.

Vurğulanıb ki, xüsusilə “smart city” istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların tərəfdaşları Azərbaycanın bu təcrübəsini öz ölkələrində tətbiq etməyə çalışacaqlar", - o vurğulayıb.

Избранный
5
2
teleqraf.com

3Источники