ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mənzillər dayanıqlı, güclü, sosial baxımdan uyğun, yəni ucuz və hər kəsə əlçatan olmalıdır”.Bizim.Media xəbər verir ki, bunu Malayziyanın Mənzil və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nga Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günündə jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, yaxşı şəhər insanlara xoşbəxt yaşayış, güvən, təhlükəsizlik bəxş etməlidir:
"Biz ancaq buna urbanizasiya deyə bilərik. Bu forumda müəyyən qərarlar alıb və onları icra etməliyik. 2036-cı ildə bütün razılaşdırdıqlarımızı icra etmiş olmalıyıq. Prezident olaraq missiyam bütün üzvləri ortaq məxrəcə gətirməkdən ibarətdir".
Nga Kor Minq Azərbaycan hökumətini 40 mindən çox iştirakçının qatıldığı WUF13-ün uğurla təşkil etdiyinə görə təbrik edib.Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.