RU

İRANDA HAMI MÜHARİBƏYƏ HAZIRLANIR Küçənin ortasında... + FOTOLAR

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranda mülki əhalinin hərbi hazırlığa cəlb olunması istiqamətində intensiv işlər aparılır.

"AzPolitika" xəbər verir ki, bu barədə yerli media və sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, paytaxt Tehranın mərkəzində yerləşən Venek meydanında vətəndaşlara açıq şəkildə silah təlimləri keçirilməyə başlanıb.

Meydanda qurulan xüsusi platformalarda hərbi geyimli şəxslər sakinlərə silahlardan istifadə qaydalarını praktik formada izah edir. Təlimlərdə əsasən silahların sökülüb-yığılması, təhlükəsizlik qaydaları, düzgün nişan alma üsulları və ilkin atıcılıq bacarıqları öyrədilir. Tədbirə qatılan vətəndaşlara silahları əllərində yoxlamaq və təlim məqsədilə istifadə etmək imkanı da yaradılır.

Yayılan məlumatlara görə, proqram yalnız nəzəri məlumatlarla məhdudlaşmır. Təlimlər zamanı iştirakçılar praktiki məşqlərə də cəlb olunur və silahların texniki xüsusiyyətləri barədə ətraflı məlumatlandırılır.

İran mediası sakinlərin bu təşəbbüsə ciddi maraq göstərdiyini yazır. Hazırda təlimlərin yalnız Venek meydanında keçirildiyi bildirilsə də, yaxın vaxtlarda Tehranın digər böyük meydan və ictimai məkanlarında da oxşar proqramların təşkil ediləcəyi gözlənilir.

Maraqlı məqamlardan biri də odur ki, bu prosesə dövlət televiziyaları da qoşulub. Televiziya proqramlarında silahlarla davranış, təhlükəsizlik qaydaları və hərbi hazırlıq mövzusunda müxtəlif maarifləndirici süjetlərin yayımlandığı qeyd olunur.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
azpolitika.info

1Источники