Yazını böyüt
Yazını kiçilt
Rusiya Qida və Kənd Təsərrüfatı Nəzarəti Agentliyi (Rosselxoznadzor) Rusiyaya məhsul göndərilməsində artan qanun pozuntuları səbəbindən Ermənistan müəssisələrində yoxlamalar aparacağını açıqlayıb.
Hafta.az yazır ki, agentliyin Telegram kanalında yayımlanan mətbuat açıqlamasına görə, yoxlamalar əvvəllər saxta balıq məhsullarının idxalı şübhəsi ilə dayandırılmış müəssisələri əhatə edəcək.
Agentlik həmçinin Ermənistandakı bitki istehsalı müəssisələrini yoxlamağı planlaşdırır.
Rosselxoznadzor bildirib ki, Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələri üçün karantinlə əlaqəli maddələr Ermənistandan gələn məhsullarda getdikcə daha çox tapılır.