RU

Tramp onlarla görüşəcək: İranla bağlı SON QƏRAR

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp bu həftə İrana qarşı hərbi əməliyyatları müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüşəcək.

"Cebheinfo.az" "Axios"-a istinadən xəbər verir ki, bu planlar diplomatiyanın uğursuzluğa düçar olması ilə bağlıdır.

ABŞ rəsmilərinin sözlərinə görə, Tramp müharibəyə son qoymaq üçün razılaşma istəyir. Lakin İranın onun bir çox tələblərini rədd etməsi və nüvə proqramı ilə bağlı əhəmiyyətli güzəştlərə getmək istəməməsi hərbi variantı bir daha müzakirəyə çıxarıb.

"Trampın çərşənbə axşamı hərbi variantları müzakirə etmək üçün yüksək səviyyəli milli təhlükəsizlik komandasını Vəziyyət Otağında toplayacağı gözlənilir", - deyə iki ABŞ rəsmisi Axios-a bildirib.

Başqa bir mənbə bildirib ki, Tramp İrandakı vəziyyəti müzakirə etmək üçün şənbə günü Virciniya qolf klubunda milli təhlükəsizlik komandasının üzvləri ilə görüşüb.

Görüşdə iştirak edənlər arasında vitse-prezident Vens, xüsusi elçi Stiv Vitkoff, ABŞ dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff də var.

"Axios"  Trampın bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışdığını bildirir. Bu söhbətdə İrandakı vəziyyətə də toxunulub.

Xəzər

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
cebheinfo.az

2Источники