RU

“Sabah”a çempionluq kuboku təqdim olundu

Misli premyer-liqasının 2025/26 mövsümünün qalibi olan “Sabah” mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, mükafatlandırma mərasimi “Neftçi” ilə keçirilən oyundan sonra baş tutub.

Qızıl medalları futbolçulara AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Daha sonra çempionluq kuboku “Sabah”ın kapitanlarına verilib.

Избранный
3
1
football-plus.az

2Источники