RU

Ermitajda imperator taxtına oturan şəxs tutuldu

Rusiya Qvardiyasının və Sankt-Peterburqdakı Ermitajın təhlükəsizlik xidmətinin əməkdaşları muzeyin Georgi zalında Böyük imperator taxtına oturan ziyarətçini saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarənin teleqram kanalında məlumat verilib.

"Rosqvardiyanın idarədənkənar mühafizə bölməsinin işçiləri Ermitajda ictimai asayişi pozan və muzey işçiləri ilə münaqişə yaratmağa cəhd edən 45 yaşlı yerli sakini tutublar. Həmin şəxs Ermitajın Georgi zalında olarkən qoruyucu kəndiri keçərək Böyük imperator taxtında əyləşib", - deyə açıqlamada qeyd olunub.

Muzeyin əməkdaşları hadisə barədə dərhal Ermitajın mühafizəsini təmin edən hüquq-mühafizə orqanlarına xəbər veriblər. Hüquq-mühafizə orqanı işçiləri və muzeyin təhlükəsizlik xidmətinin nümayəndələri təcili olaraq həmin zala yollanıb və qaydanı pozan şəxsi saxlayıblar. Həmin şəxs polis şöbəsinə təhvil verilib.

Ermitajda

Избранный
80
1
redaktor.az

10Источники