RU

Pələng sığınacaqda işçiyə hücum etdi, sonra qaçdı

Pələng sığınacaqda işçiyə hücum etdi, sonra qaçdı

Almaniyanın Leypsiq şəhəri yaxınlığındakı Şkoydits qəsəbəsində özəl heyvan sığınacağında saxlanılan pələngin 73 yaşlı kişiyə hücum edərək ona ağır xəsarətlər yetirdiyi bildirilib.

AFN.az xəbər verir ki, Polis İdarəsindən verilən açıqlamada pələngin sığınacaq işçisi olan 73 yaşlı kişiyə hücum etdiyi və daha sonra sığınacaqdan qaçdığı qeyd edilib.

Pələngin hücumu nəticəsində ağır yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Qaçan pələngin aparılan axtarış tədbirlərindən sonra yaxınlıqdakı bağ sahəsində aşkar edildiyi diqqətə çatdırılıb.

Səlahiyyətli şəxslər heyvanı nəzarət altına almaq mümkün olmadığı üçün onun təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək zərərsizləşdirildiyini açıqlayıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.

Избранный
94
afn.az

1Источники