"Neftçi" cari mövsüm Misli Premyer Liqasında avrokuboka vəsiqə qazanan sonuncu komanda olub.
Publika.az xəbər verir ki, "ağ-qaralar" buna XXXII turda səfərdə "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra nail olublar.
"Bank Respublika Arena"da son Azərbaycan çempionunun qonağı olan "flaqman"ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. "Bayquşlar"ın qolunu isə Aleksey İsayev (3) vurub.
"Sabah" qarşılaşmanı 10 nəfərlə başa vurub. Komandanın heyətində Coy-Lens Mikels 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Bununla da sona 1 tur qalmış xallarının sayını 56-ya çatdıran "Neftçi" UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.