ABŞ-ın Yosemit Milli Parkında yerləşən Horsetail Fall şəlaləsi ilin müəyyən dövründə “od çayı” görüntüsü yaradır.
Redaksiya məlumat verir ki, bu nadir təbiət hadisəsi əsasən fevral ayında, gün batımı zamanı Günəş şəlaləyə xüsusi bucaq altında düşəndə müşahidə olunur.
Həmin anda su axını narıncı və qırmızı rəngə boyanır və uzaqdan dağdan lava axırmış kimi görünür. Buna görə hadisə turistlər və fotoqraflar arasında “firefall” adı ilə məşhurdur.
Təbiət hadisəsinin görünməsi hava şəraitindən, buludluluqdan, qarın əriməsindən və şəlalədə suyun miqdarından asılıdır. Buna görə hər il eyni səviyyədə müşahidə olunmur.
Yosemitdəki bu mənzərə səyahətçilərin ən çox görmək istədiyi təbiət hadisələrindən biri hesab olunur.


