RU

Sabirabadda zəncirvari QƏZA: 3 nəfər öldü, yaralılar var

Sabirabadda zəncirvari qəza baş verib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində qeydə alınıb. 

Sabirabad rayonunun Muradbəyli kənd sakinləri, 1961-ci il təvəllüdlü Dadaşov Akif Qoca oğlunun idarə etdiyi “VAZ”-2107 markalı avtomobil, 1995-ci il təvəllüdlü Əliyev Əli Ramiz oğlunun idarə etdiyi “Mercedes” markalı yük avtomobili və Naxçıvan MR Şərur rayon sakini, 1988-ci il təvəllüdlü Cabbarov Bəhrəm Nazim oğlunun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində   1 nəfər sürücü, 2 nəfər sərnişin ölmüş, 2 nəfər sürücü və 9 nəfər sərnişin xəsarət almışdır. Xəsarət alanlar “VAZ”-2107-in sürücüsü və  sərnişini Sabirabad rayonunun Muradbəyli kənd sakini, sürücünün həyat yoldaşı, 1965-ci il təvəllüdlü Dadaşova Anaş Baladay qızı və “Mercedes Vito”-un sərnişini, Lənkəran rayon sakini, 1990-cı il təvəllüdlü Cəfərov Kamran Əliqəmbər oğlu ölmüş, yük maşınının və “Mercedes Vito”-un sürücüləri, “VAZ”-2107-in sərnişinləri, Sabirabad şəhər sakinləri, 2015-ci il təvəllüdlü Musayev Nurəddin Mehman oğlu, 1995-ci il təvəllüdlü Quliyev Vüsal Sadıq oğlu, “Mercedes Vito”-nun sərnişinləri Sabirabad rayonunun Qaratəpə kənd sakini, 1971-ci il təvəllüdlü Nuriyev Kamal Kukul oğlu, Naxçıvan MR Şərur rayon sakini, 1991-ci il təvəllüdlü Hüseynov Məhəmməd İsmayıl oğlu, Füzuli rayonunun Horadiz kənd sakini, 1997-ci il təvəllüdlü Hüseynov Cavid İmran oğlu, Suraxanı rayonunun Qaracuxur qəsəbə sakini, 2003-cü il təvəllüdlü Babayev İsrafil Niyaz oğlu, Şəki şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədli Məmmədəli Alxas oğlu, Abşeron rayonunun Masazır kənd sakini, 1979-cu il təvəllüdlü Bağırov Taleh Tahir oğlu və Abşeron rayonunun Məmmədli kənd sakini, 1995-ci il təvəllüdlü Bədirbəyli Fərid Mais oğlu Sabirabad rayon xəstəxanasına yerləşdirlimişdir. 

Qəza  yerinə FHN-in Sabirabad rayon Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunmuşdur. Avtomobildə sıxılıb qalan meyitlər xüsusi avadanlığın köməy ilə avtmobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. 
Qəza zamanı yük avtomobili yüksək təzyiqli Azadakənd-Sabirabad-İmişli magistral qaz kəmərinin üzərinə aşdığından kəmərlə qz verlişi dayandırılmışdır. Qəza yerinə “Azəriqaz” ASC qəza xidməti cəlb edilib.
Faktla bağlı BDYP tərəfindən  araşdırma aparılır.

***

13:28

Xəbərə fotolar əlavə edilib.

***

12:49

Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndində baş verib. 

3 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
53
bakivaxti.az

1Источники