RU

Maykl Olise Bundesliqada mövsümün ən yaxşı oyunçusu seçildi – ARENA.AZ

“Bayern”in fransalı cinah hücumçusu Maykl Olise Almaniya Bundesliqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı fransız futbolçu mükafatı mövsümün son turu çərçivəsində “Köln”ə qarşı keçirdikləri qarşılaşmadan sonra alıb.

Qeyd edək ki, bu mövsüm fransız futbolçu Almaniya çempionatında 32 oyun keçirib, 15 qol vurub və 21 məhsuldar ötürmə edib. Onun komandası isə mövsümü çempion kimi başa vurub.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində bütövlükdə 106 oyuna çıxıb, 42 qol və 53 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 15 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
32
8
arena.az

10Источники