RU

Mahmud Abbasın oğluna vəzifə verildi

Fələstin hərəkatının illər sonra baş tutan qurultayının ilkin nəticələri açıqlanıb. Məlum olub ki, Fələstin Prezidenti Mahmud Abbasın oğlu Yasir Abbasa FƏTH-in Mərkəzi Komitəsində yer verilib.

Azreform.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, FƏTH-in həbsdə olan lideri Mərvan Bərquti ilkin nəticələrdə ən çox səs toplayaraq, yerini qoruyub saxlayıb.

2017-ci ildən bəri komitənin baş katibi olan Cibril Racub da öz vəzifəsində qalıb.

Fələstin vitse-prezidenti Hüseyn əş-Şeyx, FƏTH liderinin müavini Mahmud əl-Əlul və Fələstin kəşfiyyatının keçmiş rəhbəri Taufiq Tiravi də Mərkəzi Komitədə yer alıblar.

Избранный
26
3
azreform.info

4Источники