RU

ABŞ və Çin bəzi məhsullara tətbiq edilən tarifləri endirir

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Çin bəzi məhsullara tətbiq edilən tarifləri endirir.

Banco.az xəbər verir ki, Seuldakı ilkin görüşlərdən sonra Pekində bir araya gələn dünyanın ən böyük iki iqtisadiyyatının liderləri qlobal bazarlarda nikbinlik yaradan razılaşmaya imza atıblar.

Çinin Ticarət Nazirliyi tərəfindən şənbə günü yayılan rəsmi açıqlamada kənd təsərrüfatı və aviasiya başda olmaqla strateji sahələrdə ticarətin genişləndirilməsi istiqamətində addımlar atılacağı bildirilib.

Nazirliyin məlumatına görə, iki ölkənin texniki nümayəndə heyətləri detallarla bağlı danışıqları davam etdirərkən, ilk konkret razılaşma sahələri də müəyyənləşib.

Xüsusilə kənd təsərrüfatı sahəsində ikitərəfli ticarətin artırılması məqsədilə bəzi məhsul qrupları üzrə gömrük rüsumları qarşılıqlı razılıq əsasında azaldılacaq.

Çin ABŞ mənşəli təyyarələrin alınmasına dair planı rəsmi şəkildə təsdiqləyib. Lakin alınacaq təyyarələrin sayı və markası barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Çin tərəfi ABŞ-nin kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı narahatlıqlarını və tələblərini fəal şəkildə həll edəcəyini də öhdəsinə götürüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
banco.az

2Источники