RU

Sabah da əldə etdiyim titullara görə qürur hissi keçirirəm

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Sabah"ın müdafiəçisi İqor Noqeyra Azərbaycan Kubokunun finalında “Zirə” üzərində 2:1 hesablı qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, “Lance” nəşrinə danışan təcrübəli futbolçu ümumilikdə mövsümü də qiymətləndirib:

"Sabah"da bu iki mövsüm ərzində yaşadığım hər şeyi təsvir etmək üçün söz tapa bilmirəm. Klubun layihəsinə inanaraq Azərbaycana gəldim və bu gün hər şeyin bəhrəsini görürük. Hər bir futbolçunun arzusu titul qazanmaq və adını klubun tarixinə yazmaq imkanına sahib olmaqdır. Mən də buna nail oldum. “Sabah”da iki i"lə üç titul qazanmışam. Buna görə də, şübhəsiz ki, qürur hissi keçirirəm. Premyer Liqada əvvəldən sona qədər stabil idik. Şübhəsiz ki, titul qazandıq və həmçinin kubokda əla çıxış etdik, finalı qazandıq. Sona qədər emosional və sədaqətlə yaxşı çıxış etdik. İndi qalan tək şey hər şeydən zövq almaqdır”.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
sportal.az

2Источники