RU

''Siti''nin ulduzu ''Arsenal''a söz atdı - ''Əsas rəqibimiz ''Liverpul'' olub''

''Mançester Siti''nin ulduzu və aparıcı futbolçusu Bernardo Silva bu mövsüm çempionluq mübarizəsində əsas rəqibləri olan ''Arsenal'' barədə diqqətçəkən fikirlər səsləndirib.

Təcrübəli portuqaliyalı yarımmüdafiəçi 2017-dən bu yana şərəfini qoruduğu ''Siti''ni bu yay tərk edəcək. 31 yaşlı futbolçu ''Arsenal''a söz ataraq bunları deyib:

''Onlar inkişaf edirlər. Bu oyunçular səhv etmirəmsə, artıq 5 ildi, birlikdə oynayırlar. Ona görə də müəyyən vaxtdan sonra onların güclənməsi və ciddi titullar uğrunda mübarizə aparmağa başlaması təbiidi. Baxaq görək, sonda nə qazanacaqlar. Onların fanatı deyiləm. Fikrimcə, ''Siti''də oynadığım müddətdə bizim ən böyük rəqibimiz açıq-ara fərqlə ''Liverpul'' olub. Ümumiyyətlə, bir subyektiv fikir də səsləndirmək istəyirəm. Bu mövsüm bizim üçün keçid dönəmi oldu. Belə olmasaydı və bir qədər az səhvlərə yol versəydik, çempionluq bizə qismət olardı. Demirəm ki, asanlıqla çempion olardıq. Amma hər halda onu qazana bilərdik. Bunu düşünəndə insan istər-istəməz üzülür''.
Избранный
19
1
football-plus.az

2Источники