Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, Ukrayna cəbhə xəttində uğur qazanana qədər Avropa Rusiya ilə birbaşa danışıqlara başlamamalıdır .
"Ölkə.az" xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Onun fikrincə, indi Avropanın Rusiya ilə danışmasının vaxtı deyil və bunun əvəzinə Aİ Moskvaya qarşı sanksiyaları sərtləşdirməlidir .
"İndi danışıq vaxtı deyil. İndi Rusiyaya təzyiq göstərməyin vaxtıdır. Hamı başa düşür ki, indi Rusiyaya təzyiq göstərmək üçün ən yaxşı vaxtdır", - Tsaxkna deyib.
Tsaxkna həmçinin bildirib ki, Rusiya ilə danışıqlar barədə müzakirələr Avropanın diqqətini Ukraynanı dəstəkləməkdən və Moskvaya təzyiq göstərməkdən yayındırmamalıdır.
Elvin
Ölkə.az