RU

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 may, AZƏRTAC

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dünyada insanların üzləşdikləri mənzil böhranına qarşı bütün səviyyələrdə siyasətlərin hazırlanması və konkret həll yollarının tapılması üzərində işləyirlər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O qeyd edib ki, hazırda dünyada ev almağa və ya kirayə ödəməyə imkanı olmayan, eləcə də küçələrdə yaşayan insanlar var. Onun sözlərinə görə, bu vəziyyətin həlli üçün özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və milli siyasətçilərin iştirakı ilə geniş koalisiya yaradılmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
5
azertag.az

6Источники