RU

Sürücülərə ŞAD XƏBƏR? Avtomobil sığortasında qaydalar dəyişir

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Avtomobil qəzasına görə sığorta məsuliyyəti maşının sahibinə deyil, sükan arxasında olan şəxsə şamil olunacaq.

Yeni qaydalarla bağlı danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, əvvəlki qaydalara əsasən, sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi. Artıq bu tarixçə fərqli hesablanacaq. Pepperoni pizza

Qaydalara görə, hadisə törədən sürücü növbəti ildə təxminən 30 faiz daha artıq sığorta haqqı ödəyəcək.

İkinci dəyişiklik isə bir avtomobil üzrə bir neçə etibarnaməli sürücünün olması ilə bağlıdır. Hazırda vətəndaşlar avtomobil üzrə ən yüksək bonus-endirimə malik şəxsin adına sığorta müqaviləsi bağlamağa üstünlük verirlər.

Qeyd edək ki, avtomobillərin icbari sığortası ilə bağlı yeni qaydalar iyunun 16-dan qüvvəyə minəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
13
yenisabah.az

10Источники