RU

Qondarma kral deputat olmaq istəyir VİDEO

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Özünü "Kral I Yonas" adlandıran bir şəxs nüfuzunu artırmağa davam edir.

"Yeni Sabah" xəbər verir ki, 31 yaşlı İsveçrə-Mərakeş vətəndaşı Yonas Loviner 2019-cu ildə Berndəki Nöydeq kilsəsində keçirilən mərasimdə özünü "İsveçrənin simvolik kralı" elan edib.

"Tacqoyma mərasimi" qeyri-monarxik İsveçrədə mübahisə doğurub. Dominos pizza

Əczaçılıq şirkətində çalışan Loviner son illərdə ölkənin müxtəlif yerlərində təxminən 117.000 kvadrat metrlik sahibsiz torpaq sahəsini öz nəfinə qeydiyyata almaq üçün İsveçrə qanunlarındakı boşluqdan istifadə edib. Hazırda o, 83 yol da daxil olmaqla, təxminən 150 torpaq sahəsinə sahibdir və hər gün 5000-dən çox insanın onun yollarından istifadə edir.

Lovinerin fəaliyyəti yerli hakimiyyət orqanlarının diqqətini cəlb edib. Bir halda o, 150.000 frank və ya Günze rayonundakı bir küçənin adını "Loviner küçəsi" olaraq dəyişdirməyi tələb edib və bu təklif rədd edilib. Sonra "kral" məhkəməyə verilib.

Yeri gəlmişkən, 2024-cü ildə Yonas LOviner Burqdorf şəhər şurasına namizədliyini irəli sürüb və indi İsveçrə parlamentinə seçkilərdə namizədliyini qeydə aldərmaq istəyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
1
yenisabah.az

2Источники