RU

“Cəmi 9 oyuna çıxdım, amma üç qol vurdum” Araz Abdullayev Yevlaxda qalır, yoxsa gedir?

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

24-cü turdan bəri meydana çıxmayan Araz Abdullayevdən xəbər var. Ötən ay klubdan “Football-plus.az”a verilən məlumatda onun mayda meydana çıxacağı deyilmişdi. Amma... Birvaxtlar ölkənin ən böyük istedadlarından sayılan, “Everton”a qədər gedib çıxan veteran futbolçu Araz indiki durumu ilə bağlı “Football-plus.az”a açıqlama verdi:

“Hazırda Bakıdayam, müalicə alıram. Zədəm ayağın arxa hissəsindədi”.

Abdullayev cari mövsümdəki çıxışını da dəyərləndirdi:

“Təəssüf ki, az oynadım. Cəmi 9 oyuna çıxdım, amma üç qol vurdum. Məncə, elə də pis nəticə deyil. Gələn mövsüm harda oynayacağımla bağlı dəqiq nəsə deyə bilmərəm. Gözləmək lazımdı”.

Araz “Karvan-Yevlax”ın uğursuzluğunun səbəbini belə izah etdi:

“Təcrübə də lazım idi. Ümid edirəm ki, gələn mövsüm 1-ci liqada çempion olub, yenidən elitaya qayıdarlar. Qalsam da, qalmasam da, “Karvan-Yevlax”a uğurlar arzulayıram”.

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
icma.az

3Источники