RU

Anaklaudia Rossbax Azərbaycana təşəkkür etdi

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər toplantısını yüksək qiymətləndirib.

Far.Az xəbər verir ki, o çıxışı zamanı Azərbaycan hökumətinə təşəkkür edərək bildirib ki, belə formatda görüşlərin təşkili şəhərsalma sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, WUF13-ün açılış günündə nazirlər səviyyəsində keçirilən bu müzakirələr Yeni Şəhər Gündəliyinin icrası və dayanıqlı şəhər inkişafı ilə bağlı beynəlxalq dialoqa əlavə töhfə verir.

Избранный
40
far.az

1Источники