Malta hökuməti və OpenAI ölkə vətəndaşlarına və sakinlərinə bir illik pulsuz “ChatGPT Plus” təqdim edəcək.
Bizim.Media xəbər verir ki, bunun üçün iştirakçılar əvvəlcə süni intellektdən istifadə qaydaları ilə bağlı xüsusi kurs keçməlidirlər.
Məlumata görə, “AI for All” adlı proqram Malta Universiteti ilə birgə hazırlanıb və həm ölkə daxilində, həm də xaricdə yaşayan Malta vətəndaşlarını əhatə edəcək.
Qeyd olunur ki, bu təşəbbüs OpenAI ilə dövlət arasında həyata keçirilən ilk belə genişmiqyaslı əməkdaşlıq hesab olunur.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта