RU

“Borussiya”dan inamlı qələbə

Almaniya Bundesliqasının 34-cü və son turunda “Verder” və Dortmund “Borussiya”sı üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb. Matç Bremen şəhərindəki “Vezerştadion”da keçirilib və oyunu Rostokdan olan baş hakim Bastian Dankert idarə edib.

Görüşdə hesabı 59-cu dəqiqədə Seru Girassi açaraq Dortmund təmsilçisini önə çıxarıb. Yan Kuoto isə 90+5-ci dəqiqədə fərqi iki topa çatdırıb.

Bu nəticədən sonra “Verder” 32 xalla turnir cədvəlində 15-ci yeri tutub. Dortmund “Borussiya”sı isə 73 xalla mövsümü ikinci pillədə tamamlayıb.

Избранный
64
90deqiqe.az

1Источники