RU

Uşağa danışmağı necə öyrədək?


Hər şeydən əvvəl qeyd edək ki, burada danışmağa hazırlaşan və nitqlə bağlı heç bir problemi olmayan uşaqlardan söhbət gedir. Gec danışan və nitq problemi olan uşaqlar üçün isə həkimə müraciət etmək məsləhətdir. İndi isə mövzuya keçək.
Əgər uşağa danışmaq öyrətmək istəyirsinizsə...
1. İlk növbədə, səbirli olmalı və bu işdən zövq almalısınız.
2. Uşağınızla söhbət etmək üçün gündə 1-2 saat vaxt ayırsanız kifayətdir.
3. Uşağınıza görəcəyiniz işlərdən danışın. Məsələn, “Artıq paltar geyinmək vaxtıdır”, “İndi yemək yeyəcəyik” və s.
4. Uşağınızla söhbət edərkən otaqda başqa səslərin olmasına imkan verməyin. Beləliklə, o sizi daha yaxşı eşidər.
5. Uşağınızın çıxardığı səslərə laqeyd qalmayın.
6. Uşağınızla danışarkən mütləq onun üzünə baxın.
7. Söhbət edərkən uşağınızdan nə isə soruşun və o “cavab verənə” qədər gözləyin.
8. Əgər uşağınız sizə işarələrlə nə isə demək istəyirsə, ona demək istədiklərini sözlərlə qaytarın. Məsələn, “Acmısan?”, “Su istəyirsən?” və s.
9. İlk aylardan uşağınıza kitab oxumağı və ya nağıl danışmağı unutmayın.
10. Həmçinin, mimikalarınızla uşağınızı danışmağa həvəsləndirin.

Aygün Vəliyeva  
Избранный
15
2
yeniavaz.com

3Источники